AZ

Qazanılan təcrübə, itirilən 10 reytinq xalı

Kanadanın Toronto şəhərinda keçirilən Namizədlər Turniri başa çatdı. Azərbaycanlı qrosmeyster Nicat Abasov yarışda debüt edirdi. O, ötən il Bakıda keçirilən Dünya Kubokunda 4-cü yeri tutaraq (yarışın qalibi Maqnus Karlsen Namizədlər Turnirind iştirakdan imtina etdiyinə görə Nicat Torontoya vəsiqə qazanmışdı) bu haqq sahib çıxmışdı. Əksər mütəxəssislər şahmatçımızdan ciddi uğur gözləmirdilər. Dünya reytinqində ilk "100-lük"də yer ala bilməyən Nicatın bu turnirdə uğurla çıxış edəcəyi inandırıcı deyildi. Lakin onun sona qədər mübarizə aparması, minimum qələbə şansını maksimuma çevirmək bacarığı şahmatsevərlərdə ümid yaratmışdı.

Nicatın turnirdəki çıxışına nəzər salaq:

Nicat Abasov - Yan Nepomnyaşi 0.5:0,5.
Fabiano Karuana - Nicat Abasov 1:0
Nicat Abasov - Hikaru Nakamura 0.5:0.5
Nicat Abasov - Alireza Firüzca 0.5:0.5
Qukeş -  Nicat Abasov 1:0
R Pragnananda - Nicat Abasov 1:0
Nicat Abasov - Vidit Santoş 0.5:0.5
Yan Nepomnyaşi - Nicat Abasov 0,5:0.5
Nicat Abasov - Fabiano Karuana 0.5:0.5.
Hikaru Nakamura - Nicat Abasov 1:0
Alireza Firüzca - Nicat Abasov 1:0
Nicat Abasov - D Qukeş 0:1
Vidit Santoş - Nicat Abasov 0.5:0.5
Nicat Abasov - R Pragnananda 0:1

Qrosmeysterimiz turniri qələbəsiz başa vurdu. Lakin bəzi görüşlərdə etdiyi bərabərliklər rəqiblərə ciddi təsir etdi. Məsələn, Fabiano Karuanaya ilk oyunda məğlub olan Nicat, ikinci qarşılaşmada xalları yarı böldü. Hətta matçda sonra FIDE-nin jurnalisti bunu Fabiano üçün zərbə adlandırmışdı. Nicatın belə uğursuz çıxış etməyində əsas səbəblərdən biri də onun sanki təzyiqə hazır olmaması idi. Dünyanın ən güclü şahmatçılarına qarşı bəzən davam edən 6-7 saatlıq partiyalar onu gücdən salırdı. Üstəlik, şahmatçımız Kanadaya əməliyyat olunduqdan sonra yollanmışdı. Ayağında ciddi problemlər olan zəka sahibinin oyununa bu amil az da olsa, təsir etdi. Nicat bu turnirdə ciddi təcrübə qazandı. Bundan əlavə, dünya şahmat azarkeşləri onu daha yaxından tanıdılar. Sosial şəbəkələrin xarici seqmentində Azərbaycan təmsilçisinə böyük dəstəyin olduğu hiss olunurdu. Bundan başqa, Namizədlər Turnirinə 2632 xalla yollanan Abasov 10 reytinq xalı itirdi. Lakin Namizədlər Turnirindəki təcrübə ona azı qarşıdakı illərdə yardımçı olacaq.

Maraq üçün qeyd edək ki, turnirin qalibi 17 yaşlı hindistanlı şahmatçı Q.Qukeş oldu.

Məlik Məlikov
Seçilən
33
Mənbələr
Şərh ()
Bağla