AZ

İsraillilər fələstinli məhbusları edam etməyə çağıran nazirə hücum etdi

Fələstinli məhbuslara edam cəzasının verilməsini müdafiə edən ifrat sağçı İsrail milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qüdsdə keçirilən tədbirdən sonra nümayişçilərin hücumuna məruz qalıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağına həyata keçirdiyi hava, quru və dəniz hücumlarında ən az 14 min 685-i uşaq, 9 min 670-i qadın olmaqla 34 min 262 fələstinli həyatını itirib, 77 min 229 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxanalar, ibadət yerləri və təhsil ocaqları hədəfə alınıb, mülki infrastruktur da dağıdılıb.

Mülki və ya əsgərdən asılı olmayaraq hər fürsətdə fələstinlilərin hədəf alınmasını müdafiə edən ifrat sağçı İsrail Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir Qüdsdə keçirilən tədbirdən sonra nümayişçilərin hücumuna məruz qalıb.

Hücum zamanı maşının üzərinə çıxaraq insanları salamlamağa çalışan Ben-Qvirə etirazçılar hücum edərkən, mühafizəçilər onu son anda rəsmi avtomobilə mindirə biliblər.

Ben-Qvir İsrail hökumətinin həbsxanaların inşasına icazə verilməsi təklifini bəyənməsindən məmnun olduğunu bildirib. O, bəyan edib ki, fələstinlilər üçün edam cəzası həbsxanalarda sıxlıq probleminin düzgün həlli olub.
 
Nəzrin
Seçilən
29
Mənbələr
Şərh ()
Bağla