AZ

“İranı narahat edən məsələ sadəcə Azərbaycan amili deyil”- ŞƏRH

“Cənab Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda Azərbaycanın istər regional, istərsə də bütövlükdə qlobal aktorlarla qurduğu münasibətlər və bundan sonra da hədəflədiyi düstur haqqında son dərəcə aydın mesajlar verdi”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, sözügedən forum çox önəmli zaman kəsiyində baş tutub:

“Dövlət başçımızın zamanında, vahid ittifaqda, lakin fərqli təmsil olunduğumuz əvvəl Rusiyaya səfəri, vaxtilə bərabər səviyyədə olan Qırğızıstan Prezidentinin Bakıya müəyyənləşdirilən səfəri, ardınca isə forumdan sonra xaricə reallaşdırılacaq səfərin Almaniya olması, bunun qədəmində forumdan verilən mesajlar və məhz ilk sual üçün Almaniyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri üzrə Alman İnstitutunun dosenti Daria İsaçenkoya söz verilməsi ilk baxışda təsadüf kimi görünsə və düşünülsə də, mütləqdir ki, prosesləri anbaan izləyən analitiklərin diqqətindən yayınmamış deyil. Hələ üstəlik o faktı da nəzərə alaq ki, dörd kəndin azad olunması, bununla paralel Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi haqqında digər aktorların ağızlarına su alıb oturarkən, Almaniyanın müsbət münasibətinin, təqdirinin şahidi olduq. İllər ərzində Fransa şirkətlərinə yaradılan meydançaya, Azərbaycanda fəaliyyətinə Fransanın tutumundan dolayı hətta zərbə vurulması istisna olmazkən belə, Almaniya bu məsələdə öz baxış bucağına görə praqmatik yol tutdu. Düzgün, ədalətli və divident vəd edən yolun koordinatlarını isə Azərbaycan ilk gündən vermişdi. Forumda dövlət başçımız açar sözlərdən istifadə etdi ki, bunlardan biri də inteqrasiyanın praktiki üstünlükləri, bunun müsbət və mənfi cəhətləri üzərində dayanması amili idi. Bu, regional aktorlar üçün, eləcə də İran üçün keçərlidir”.

Politoloq qeyd edib ki, İranı narahat edən məsələ sadəcə Azərbaycan amili deyil:

“Həm də Azərbaycan üzərindən və bazisində daha çox Azərbaycan-Türkiyə münasibətləri dayanan Türkdilli Dövlətlər Təşkilatının hüquqi bazasının möhkəmləndirilməsi ilə bağlıdır. Mərkəzi Asiya dövlətlərinin də Rusiya ilə mövcud, Çinlə də daha çox gələcəyə hədəflənən münasibətləri Qərbin “istənilməyən, arzu olunmayan” münasibəti, reaksiyası ilə müşaiyət olunur. Həm də son hücum əməliyyatları uğursuz olan İran belə bir reallıqda özünü yanında heç kim olmayan, divara sıxılmış vəziyyətdə tapır. Həm də o fakt nəzərə alınmalıdır ki, Mərkəzi Asiya uğrunda da Rusiya-Qərb rəqabəti regionu İranla müqayisədə və ondan fərqli olaraq daha cazibədar edir. Forumda dövlət başçımız onu bildirdi ki, “Hazırda Azərbaycan və Türkiyə beynəlxalq nüfuzlarını artırır. Mən inanıram ki, Azərbaycan beynəlxalq və regional nüfuzunu artırdıqca Zəngəzur dəhlizinin əhəmiyyəti daha da artacaq. Zəngəzur dəhlizinin açılmasına gəlincə, mən belə başa düşürəm ki, Ermənistan və İran ona qarşı çıxır.

İranın mövcud, sərgilədiyi siyasətinin səbəbini dövlət başçımız çox aydın bildirdi. Zənnimcə, forumda verilən suallarda da İran faktoru üzərində çox dayanılmaması onun illər ərzində sülhyaratma prosesinə aşkar və gizli yollarla qarşı çıxdığı, indi və mövcud maneolmanın miqyası, əslində isə İranın gücü haqqında aydın təsəvvür yaradır”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla