AZ

“Kəpəz”in futbolçusu azarkeşlərdən üzr istədi: “Səhvim olub”

“Oyunun birinci hissəsində “Sabah”ın qolla nəticələnən hücumları oldu. Biz onlara qarşılıq verməyə çalışdıq. Amma epizodlardan istifadə edə bilmədik. Yalnız ikinci hissədə hesab arasındakı fərqi azalda bildik. Fasilədən sonra daha yaxşı oynadıq. Rəqibi müdafiə olunmağa məcbur etdik”.

Bu sözləri İdmanxeber.az saytına “Kəpəz”in hücumçusu Cavad Kərimov “Sabah” məğlubiyyəti barədə danışarkən deyib. Gənc futbolçu sözügedən matçda azarkeşlərlə arasında baş verən anlaşmazlıqdan da söz açıb:

“Mən oyuna daxil olanda azarkeşlərlə aramızda yüngül olay yaşandı. Onlar mənim adımı çəkdilər, bütün fikrim oyunda olduğu üçün qarşılıq verə bilmədim. Təşəkkür etməliydim. Diqqətsizlikdən səhvim olub, üzrxahlıq edirəm. Sağ olsunlar, bütün oyunlara gəlirlər, dəstək olurlar. Udduq, uduzduq fərq etmir. Daim yanımızdadılar”.

 

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla