AZ

ABŞ-də yaşıl tükləri olan it doğuldu

ABŞ-də bir it yaşıl tükləri olan bala dünyaya gətirib.

 

Sfera.az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.

 

Florida ştatında bir it yetişdiricisinin evində Golden Retriever balası dünyaya gəlib. O bildirib ki, Golden Retrieverlər yetişdirdiyi 17 il ərzində doğulan balalarda heç vaxt parlaq yaşıl rəngə rast gəlməyib. Yetiştiricinin dediyi kimi, bu durum plasentada yaşıl öd piqmenti olan biliverdin səbəbindən baş verir və yeni doğulmuş balaların tüklərini yaşıl rəngə çevirir. Tipik olaraq rəng bir neçə həftədən sonra yox olur.

 

Qeyri-adi balaya Şamrok adı verilib. O, indi altı həftəlikdir və tükləri demək olar ki, tamamilə normal rənginə qayıdır. Şamrok enerjili və güclüdür.  Artıq onun üçün yeni ev də tapılıb.

 

“Tezliklə o, yeni ailəyə gedəcək. Ev sahibləri indidən onu çox sevirlər”, - it yetişdiricisi bildirib.

 

İnci

Seçilən
43
7
Mənbələr
Şərh ()
Bağla