AZ

AZMİU tələbələri “Code for Future” layihəsini  tamamlayıb

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşkilatçılığı, “Code Academy”nin tərəfdaşlığı ilə həyata keçirilən “Code for Future" layihəsinin  “Məzun günü” keçirilib. 

 

AzEdu.az xəbər verir ki, məzun gününü açıq elan edən universitetin rektoru professor Gülçöhrə Məmmədova “Code for Future" layihəsinin üstünlüklərindən danışaraq informasiya texnologiyaları istiqamətində bilik və bacarıqların artırılmasını əmək bazarının tələbi olduğunu söyləyib. Rektor qeyd edib ki, hər 3 qurumun AzMiU-da həyata keçirdiyi layihədə universitet üzərinə də böyük məsuliyyət düşdü. Müxtəlif fakültələrdə təhsil alan və “Code for Future" layihəsinə seçilən III-IV kurs tələbələrinin tədris proqramı layihənin tədris proqramları ilə uyğunlaşdırıldı, onlar üçün müasir kompüterlərlə təchiz olunmuş auditoriyalar təşkil edildi. Bu gün isə tələbələrimiz proqramı uğurla tamamlayaraq məzun olur, bu münasibətlə məzunları ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram.

 

“Code Academy”nin təsisçisi və direktoru Ülvi Aslanov çıxışında məzunları təbrik edib. 2023-cü il üzrə AzMİU-da həyata keçirilən layihənin uğurla tamamlandığını, əldə olunan nəticələrin yüksək olduğunu bildirib. Bunu təqdirəlayiq hal kimi qiymətləndirən Ülvi Aslanov layihəni məzun olan gənclər üçün dönüş nöqtəsi hesab edib, gələcək karyeralarında böyük rol oynayacağını, eləcə də qazandıqları biliklərlə əmək bazarında daha tez iş tapacaqlarını bildirib.

 

Qeyd edək ki, layihə AzMİU-da 2022/2023-cü il yaz və 2023/2024-cü il payız semestrləri üzrə həyata keçirilib. Bu biliklərə yiyələnməsi üçün “AutoCAD”, “Solidworks proqramlarına 62 tələbə, Proqramlaşma tədrisinə isə 36 tələbə cəlb olunub. Onlardan 102 nəfəri isə beynəlxalq sertifikat olan CSWA alıb. Layihə müddətində tələbələr tədris olunan dərsləri kiçik (junior) mütəxəssislər səviyyəsində öyrəniblər.

 

Çıxışlardan sonra tədrisi başa vuran məzunlar öz buraxılış işlərini təqdim ediblər.

 

Sonda “Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib, xatirə şəkli çəkdirilib.
 

Seçilən
36
1
Mənbələr
Şərh ()
Bağla