AZ

Ermənistan-Gürcüstan yolunda DAVA: Erməni deputat HUŞUNU İTİRDİ – VİDEO

Baqrataşen (Lənbəli – red.) stansiyasında baş verən dava zamanı müxalifətçi deputat huşunu itirib.

İnterpress.az erməni mediasına istinadla xəbər verir ki, Tavuş sakinləri Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunun Baqrataşen hissəsini bağlayıblar.

Burada deputatlar Qarnik Danielyan, Qeqam Manukyan və Aspram Krpeyan da olub. Polis etirazçılardan yolun açılmasını tələb edib.

Danielyan xalqa hörmətlə yanaşmağı tələb edib.

Polislə etirazçılar arasında toqquşma baş verib. Polis erməniləri həbs etməyə başlayıb.

Dava zamanı Danielyan huşunu itirib. Etirazçılar onu özünə gətirib və təcili yardım çağırıblar.

Qeyd edək ki, bu gün vətəndaşlar Ermənistan paytaxtında İrəvan-Gümrü, İrəvan-Sevan, İrəvan-Meğri, Aparan-Vanadzor yollarını, həmçinin Xorenatsi və Zəkiyan küçələrinin kəsişməsini bağlayıblar.

Bazar günündən etibarən Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunun Kirantsa hissəsi bağlanıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
45
11
Mənbələr
Şərh ()
Bağla