AZ

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Goranboy rayon Polis Şöbəsinə müraciət daxil olub. Araşdırmalar zamanı yetkinlik yaşına çatmayan şəxsin evlənmək məqsədi ilə Şəmkir rayonuna getməsi məlum olub.

Goranboy və Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şəxsin yeri müəyyən edilərək ailəsinə təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Seçilən
34
49
Mənbələr
Şərh ()
Bağla