Türkiyənin xüsusi xidmət orqanları Rusiyada qadağan olunmuş İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 23 nəfəri yaxalayıb.
Editor.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya bildirib. O qeyd edib ki, terrorçuların şəriklərinin saxlanılması üzrə əməliyyatlar Türkiyənin 7 vilayətində keçirilib. Ən çox terrorçu əlaltıları Hatayda tapılıb – 10 nəfər.
Nazir əlavə edib ki, 2023-cü il iyunun 1-dən 2024-cü il aprelin 22-dək ölkədə terrorçuluq fəaliyyəti ilə bağlı 3 minə yaxın şəxs tutulub.
//Samir Qurbanov, Editor.az