AZ

İranın 11 əyalətində daşqınlar; 1 bənd dağılıb

İranın mərkəz və cənub-şəqrq bölgələrində iki gündür başlayan güclü yağışlar və sel sularının axması nəticəsindəyaşayış evləri dağılıb və subaşma ilə əlaqələndirici yollar kəsklib.

Ölkənin Qızl Aypara Cəmiyyətinin Yardım və Qurtarma Təşkilatının sədri Babək Mahmudi ötən 48 saat ərzində 1300 nəfərdən artıq sakinin sel sularına və subasmaya məruz qaldıqlarını deyib. 

Onun bildirməsinə istinadən 11 əyalət, o cümlədən İsfahan, Tehran, , Qum, Cənubi Xorasan, Sistan və Bəluçistan və sair əyalətlərdə misil görünməmiş kəskin sel suları törənib.

Cənubi Xorasan Əyaləti Qızıl Aypara Cəmiyyətinin icraçı direktoru Məhəmməd Əli Kavusi  “Salikabad” kəndinin çınqıl-torpaq tərkibli bəndinin daşınlar nəticəsində səhər aprelin 15-i dağıldığını vurğulayıb.

visiontv.az



Seçilən
42
Mənbələr
Şərh ()
Bağla