AZ

"Burada da KTMT günahkardır?" - Zaxarova Qazaxın kəndlərindən danışdı

"Biz təəssüf edirik ki, Ermənistan hakimiyyəti KTMT-ni açıq şəkildə tənqid etməkdə davam edir". 

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Diplomat qeyd edib ki, tənqid etmək olar və lazımdır, amma bu halda söhbət əsassız tənqiddən gedi: "KTMT Katibliyi təşkilatın nizamnaməsinə tam uyğun olaraq İrəvan qarşısında bütün öhdəliklərə əməl etdiyini bəyan edib. Heç kim şübhə etmir ki, Ermənistan ərazisi KTMT-nin məsuliyyət zonasına daxildir. Ermənistan-Azərbaycan sərhədi məsələsində anladığımız kimi, həm Bakı, həm də İrəvan Alma Ata bəyannaməsini rəhbər tutmağa razılaşdılar. Ermənistan rəhbərliyinin özü etiraf edir ki, sərhədin delimitasiyası danışıqları çərçivəsində sərhəd dəqiqləşdirilməlidir, həmçinin mübahisəli ərazilər və anklavlarla bağlı məsələlər həll olunmalıdır. Bəs Ermənistan rəhbərliyinin bir sıra yaşayış məntəqələrini (Qazaxın anklav olmayan 4 kəndi - red.) Azərbaycana vermək qərarına gəldiyi halda, KTMT-yə necə hərəkət etməyi əmr edirsiniz, yoxsa burada da KTMT günahkardır?"

Ağarza Elçinoğlu 

Seçilən
109
50
Mənbələr
Şərh ()
Bağla