AZ

Rəsmi Moskvadan Ermənistanın parlament sədrinin anti-Rusiya ritorikasına münasibət - VİDEO

“Ermənistan parlamentinin sədri Alen Simonyanın açıq-aşkar anti-Rusiya ritorikasına prinsipial qiymət verilməsi xahişi ilə Ermənistan parlamentarilərinə müraciət ünvanlanıb”.

News.ru xəbər verir ki, Mariya Zaxarova bu açıqlamanı brifinqdə jurnalistlər qarşısında çıxış edərkən söyləyib.

M.Zaxarova xatırladıb ki, A.Simonyanın anti-Rusiya mövqeyi ilə bağlı Federasiya Şurasının sədri Valentina Matviyenko və Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin də müvafiq bəyanatlarla çıxış ediblər.

Xatırladaq ki, ötən gün Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiya əleyhinə bəyanatları ilə bağlı sorğu hazırlayaraq Ermənistan parlamentinə göndərməyi tapşırıb.

V.Matviyenko bildirib ki, Avropa İttifaqı ölkələrinin parlament sədrlərinin konfransında çıxış edən Alen Simonyan Rusiya əleyhinə bəyanatlar səsləndirməklə bütün “qırmızı xətləri” keçib.

Seçilən
38
12
Mənbələr
Şərh ()
Bağla