AZ

Vaxtilə vasitəçilik missiyanı üzərinə götürən dövlətlər Qarabağın bərpası ilə bağlı heç bir addım atmayıblar – Millət vəkili

Böyük təəssüf hissilə qeyd etmək lazımdır ki, vaxtilə vasitəçilik missiyanı üzərinə götürən dövlətlər Qarabağın bərpası ilə bağlı heç bir addım atmayıblar.

Bunu Herbiand.az-a millət vəkili Ceyhun Məmmədov bildirib. Onun sözlərinə görə, bu bir daha onu göstərir ki, həmin qurumlar səmimi deyildilər:

“Onların bir sıra hədəf və məqsədləri var idi. Və o mənada biz bu prosesə baxanda növbəti dəfə onların qərəzini, ikiüzlülüyünü və proseslərə mane olmaq cəhdlərini açıq-aydın görürük”.

Millət vəkili  qeyd etdi ki, bu gün qarşıda duran ən mühüm məsələlərdən biri bunları dünya birliyinə çatdırmaqdır:

“Bu gün vasitəçilik iddiasında olan dövlətlər Azərbaycan müharibədə qalib gəldikdən sonra ölkəmizin qələbəsini həzm edə bilmirlər. Və Azərbaycana qarşı müəyyən təxribatları davam etdirirlər. Əlbəttə ki, bu da birmənalı qarşılanan məsələ deyil. Əslində gözlənilən odur ki, onlar bu prosesə yalnız töhfə versinlər”.  

Elnurə İSAXAN

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla