AZ

Ərdoğandan Almaniyaya ÇAĞIRIŞ: Türkiyə prezidenti bu məhdudiyyətlərin aradan qaldırılmasını istədi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanı Türkiyəyə qarşı müdafiə sənayesi məhdudiyyətlərini aradan qaldırmağa və birgə layihələrə başlamağa çağırıb.

Yenicag.az xəbər verir ki, Ankaradakı prezident kompleksində almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransında danışan Ərdoğan Almaniyanın Türkiyənin müdafiə sənayesinə tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırmalı olduğunu deyib.

Türkiyə Suriyada PKK-ya qarşı antiterror əməliyyatına başladıqdan sonra Almaniya Türkiyəyə hərbi ixracatını kəskin şəkildə azaldıb.

Ankara həmçinin Almaniyanın Türkiyənin “Eurofighter” təyyarələri almasına mane olmasından şikayətlənib.

Ərdoğan bildirib ki, ölkələri gələcəkdə birgə istehsal layihələrinə diqqət yetirməlidir.

Ərdoğan həmçinin terror qruplaşmalarının Avropadakı fəaliyyətindən narahat olduğunu bildirib və Almaniya hakimiyyətindən terrorla mübarizədə daha böyük səylər gözlədiyini bildirib.

Türkiyə prezidenti Almaniya prezidenti ilə fikir ayrılığına düşdüyü Yaxın Şərqdəki münaqişə məsələsinə də toxunub.

Türkiyə dəfələrlə İsrailin Qəzzadakı hərəkətlərini pisləyib və HƏMAS-ın İsrailə dəstək verən Almaniyadan fərqli olaraq müqavimət qrupu olduğunu bildirib.

“İsrail rəhbərliyinin öz vəhşiliklərini, Qəzzada törətdiyi qırğınları gizlətməyə çalışmasına icazə verilə bilməz”, – deyə Ərdoğan bildirib.

O əlavə edib ki, Türkiyə Qəzzada atəşkəsə nail olmaq və Fələstin xalqına humanitar yardımın fasiləsiz axınını təmin etmək üçün səylərini gücləndirməyə davam edəcək.

Ştaynmayer də öz növbəsində Türkiyə-Almaniya əlaqələrinin uzun tarixə malik olduğunu bildirərək, Almaniyada 3 milyon türkün yaşadığını qeyd edib.

O, Almaniya və Türkiyənin çətin iqtisadi dövrlərdən keçdiyini və əlaqələri gücləndirməli olduqlarını bildirib.

Qeyd edək ki, Ştaynmayer bazar ertəsi Türkiyəyə səfərə gəlib.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla