AZ

Bu küçədə kamera olmadığı üçün sürücülər qoşa xətti saymır - VİDEO

Yollarda sürücülərə nəzarət radar, müşahidə kameraları və yol-patrul xidməti (YPX) əməkdaşları tərəfindən həyata keçirilir. Lakin yollara tam nəzarət hələ ki, mümkün deyil. Bunu fürsət bilən bəzi sürücülər isə qayda pozaraq təhlükəyə səbəb olurlar.

Avtosfer.az xəbər verir ki, İnşaatçılar prospektinin bir hissəsi də nəzarətsiz qalan yollardan biridir. Burada tez-tez, xüsusən də axşam saatlarında qoşa xəttin tələbini pozanlar müşahidə olunur.

Belə qayda pozan sürücülərədən daha biri aprelin 22-də görüntülənib. “BMW” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozub. Sürücü əks yola çıxaraq geriyə manevr edib. Sonra isə yolun sağında ikinci cərgədə, özü də avtobus dayanacağında dayanıb. Qarşıdan gələn avtomobillərin önünə çıxan sürücü digər nəqliyyat vasitələrinin hərəkətinə də maneə yaradıb.

Qeyd edək ki, bu prospektə belə qayda pozanlara tez-tez rast gəlinir. Bir neçə gün öncə diplomatik nömrə nişanlı avtomobilin sürücüsünün də eyni cür qayda pozduğu barədə Avtosfer.az saytında xəbər dərc olunmuşdu. Sakinlər bildirir ki, bəzi sürücülər gün ərzində burada qayda pozur.

Xatırladaq ki, ərazi nəzarətsiz qaldığına görə bəzi sürücülər bu fürsətdən istifadə edir. Müşahidə kameralarının quraşdırılması bu kimi halların qarşısını ala bilər. Bu da sürücüləri daha məsuliyyətli olmağa vadar edər.

Məhəbbət Tərlanoğlu

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla