AZ

Xavi "Barselona"dan AYRILMAYACAQ - Qərar VERİLDİ

"Barselona"nın vitse-prezidenti Rafa Yuste kataloniyalı baş məşqçi Xavinin komandada qalacağını və klubla müqaviləsini uzadacağını açıqlayıb.

 

Sfera.az bildirir ki, o, Xavinin klubda xoşbəxt olduğunu deyib:

 

“Xavi klubda qalacaq. O, burada çox xoşbəxtdir. Biz heç vaxt başqa məşqçi ilə danışıqlar aparmamışıq”.

 

Xatırladaq ki, Xavi yanvarda Kataloniya komandasının baş məşqçisi postundan vaxtından əvvəl istefa verdiyini açıqlamışdı.

 

Qeyd edək ki, son vaxtlar mediada Xavinin qərarına yenidən baxa biləcəyi ilə bağlı məlumatlar aktiv şəkildə müzakirə olunur.

 

Fatimə Lətif

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla