AZ

Kiberdələduzların şantaj PRİNSİPİ: Bu yollarla qorunmaq mümkündür

“Şantajçıların bir “fəlsəfəsi” var ki, təhdid etdikləri şəxs şantajın önünü almaq üçün onlara pul ödəyirsə, onlar davamlı olaraq, həmin insanı hədələyərək, pul tələb edəcəklər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında sön dövrlər kiberdələduzlar tərəfindən geniş yayılan şantaj halları və onun qarşısının alınmasının mümkün həlli yolları haqda danışan İnformasiya Texnologiyaları üzrə ekspert Fərid Kazımov deyib.

Onun sözlərinə görə, şantaj elə bir şeydir ki, o heç vaxt dayanmır.

“Şantaj elə bir şeydir ki, o heç vaxt dayanmır. Ona görə də bu halla qarşılaşan zaman vətəndaşlar mütləq şəkildə hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Bunun başqa çıxış yolu yoxdur. Əgər həmin dələduzlar, cinayətkarlar cəzalandırılmasalar, öz faəliyyətlərini davam etdirəcəklər. Şantajçıların bir “fəlsəfəsi” var ki, təhdid etdikləri şəxs şantajın önünü almaq üçün onlara pul verirsə, onlar davamlı olaraq həmin insanı hədələyərək ondan pul tələb edəcəklər. Bu, dələduzların iş prinsipidir. Bunun üçün ilk olaraq hüquq-mühafizə orqanlarına müraciət etmək və şantajçılara heç bir məbləğ ödəməmək gərəkdir”, – deyə o bildirib.

Mütəxəssis əlavə edib ki, şantaj halları ilə qarşılaşmamaq üçün insanlar öz şəxsi şəkillərini və videolarını mobil qurğularında ciddi şəkildə qorumalıdır:

“Ümumiyyətlə, şantaj halları ilə qarşılaşmamaq üçün insanlar öz şəxsi şəkillərini, videolarını öz mobil qurğularında ciddi şəkildə qorumalıdır. Şantaj məqsədilə istifadə oluna biləcək şəkil və videoları ictimai istifadəyə qoymamalıdırlar. Bunun üçün də çox ciddi şifrələr tətbiq olunmalıdır. Müasir kibertəhlükəsizlik metodlarından istifadə edərək, şəxsi məlumatlarını qorumalıdırlar. Şəxsi məlumatların qorunması nəticəsində şantaj halları ehtimalı azalmış olacaq”.

İsmayıl Bakuvi

Seçilən
18
1
Mənbələr
Şərh ()
Bağla