AZ

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Bakı, 25 aprel, AZƏRTAC

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin rəhbər şəxsləri Azərbaycan Tibb Universitetində (ATU) olublar.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, universitetin rektoru, professor Alptekin Yasimin rəhbərlik etdiyi nümayəndə heyəti ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüşüb.

Görüşdə iki universitet arasında əməkdaşlığın tarixi, ikitərəfli və mübadilə proqramları çərçivəsində əməkdaşlıq istiqamətləri, birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılması müzakirə olunub.

Eyni zamanda, Türkiyə universitetinin prorektorları, professorlar Nuri Kahveci və Orhan Doğan, elmi katib Ali Riza Bekler, müəllim Hemran Amirli, eləcə də ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova iştirak ediblər.

Seçilən
41
2
Mənbələr
Şərh ()
Bağla