AZ

“Milli Şura” mitinqini “SOROS” Fondu ilə razılaşdırıb ANALİZ

Demoqoloq, ona buna şər atmaq, yersiz və əsasız ittihamlarla çıxış etmək insanlıq aləmində ən pislənilən və qınalınan hallardı. Təəssüf ki, bu kimi hallara qarşı mübarizə və maarifləndirmə işləri aparılsa da hələ ki, müsbət nəticələr əldə etmək mümkün deyil. Yenə də bu kimi xəstəliyə mübtəla olanlar öz əməllərini davam etdirirlər. Hətta həmin xəstələr arasında elələri var ki, siyasət meydanındadılar, partiya sədrləridir və ya siyasi təşkilatların funksionerləridir. Misal olaraq Azərbaycanın dağıdıcı müxalif ünsürlərinin fəaliyyətlərini və ikrah doğuran əməllərini göstərmək olar. Əli Kərimlidən, Cəmil Həsənlidən və onların ətrafındakı trollar bütün varlıqları ilə sözügedən xəstəliyin daşıyıcılarıdır. Bəzən elə hallar olur ki, onlar digər məram və məqsədlərini anlamayan məxluqları da özlərinin mübtəla olduqları xəstəliyə yoluxdururlar. Məhz şər və böhtan xəstəliyinə yoluxan bir ovuc insan Ə.Kərimlinin, C.Həsənlinin, A.Hacılının, İ.Qəmbərin və digərlərin çaldığı hava qol götürüb, oynayır, sosial şəbəkələrə çıxıb ictimai rəyin maraq və mənafeynə ziddi olana açıqlamalar yayırlar, videolar paylaşırlar. Belələrini artıq islah etməkdə çətin görünür.
Çünki məsəl var deyərlər, “atı at yanına bağlasan, vurağan olmasa da, həmxasiyyət olar”. Eləcə də, bir zaman Gültəkin Hacıbəyli, Nazim Baydəmirli, Elman Fətəliyev, Sevinc Osmanqızı və digərləri daha çox sağalam və milli maraqlara cavab verə biləcək fəaliyyət yolu tutmuşdular. Ancaq bir-iki məqam da Ə.Kərimli və C.Həsənli ilə təmasları olduğundan onların mübtəla olduqları xəstəliyə yoluxdular. İndi də sağalmaq gücünə və imkanına malik deyillər. Hər gün elə C.Həsənli və Ə.Kərimli kimi şər və böhtanlar səsləndirir, qarayaxma kampaniyası aparırlar.

Əli Kərimli sifariş yerinə yetirir

Hər məqam da Ə.Kərimli dövlətçilik maraqlarına zərə vurmağa çalışır. Onun zərurət olmadığı halda hazır ki məqam da mitinq şousuna hazırlaşması da ictimai rəyin mənafeyinə ziyan vurmağa hesablanıb. Çünki bu gün Azərbaycanın bütün ictimai fəalları, vətənpərvər insanları, siyasi partiyaları, dövlət srukturlarının nümayəndələri noyabrda Bakı şəhərində keçirilməsi planlaşdırılan COP29 İqlim Dəyişmələri Konfransına səfəbər olunub. Hər bir kəs tədbirin gülü və qüdrətli Azərbaycanın adına və nüfuzuna uyğun keçirilməsinə tövhə verməyə çalışır. Bütövlük də döstunda, düşmənində diqqəti Azərbaycana yönəlib. İndi aydın olacaq kim dostun, kim düşmənin yanındadır. Mübaliğəsiz demək olar ki, dağıdıcı müxalifət yenə də düşmənin yanında qərara tutacaq. Daha doğrusu artıq mövqelərini ortaya qoyublar. Əli Kərimli sosial şəbəkə hesabında açıq şəkil də bəyan edib ki, onlar COP29 Konfransının keçirildiyi günlər də kütləvi etiraz aksiyaları keçirəcəklər: “Biz artıq mitinqlərə start vermişik. Çalışacağıq qarşımızda dayanan məqsəd və vəzifələri icra edək”.

Əli Kərimli Frank Şvaberə yenə təşəkkür etdi

Ə.Kərimli Bakının mərkəzində planlaşdırdıqları aksiyanın xarici tərəfdaşlar tərəfindən dəstəklənməsi üçün müvafiq işlər aparıldığını da gizlətməyib. Onun C.Sorosun dünya da insan hüquq və azadlıqlarına dair sayıqlamasını özünəməxsus şəkil də şərh etməsi AXCP ilə “SOROS” Fondu arasında gizli əməkdaşlıq əlaqələrinin COP29 ərəfəsi açıq müstəvi də həyata keçiriləcəyindən xəbər verir. Həm də o ehtimalları yaradır ki, AXCP və Milli Şura mayın 5-ə planlaşdırdığı icazəsiz aksiyanı “SOROS” Fondu ilə razılaşdırıb. Bu baxımdan demək olar ki, “Milli Şura”nın mitinqi çox böyük təxribatlarla təşkil oluna bilər. Yəni polislə qarşıdurmalara yaranar, şəhər sakinlərinin şəxsi əmlaklarına ziyan yetirilə bilər. Bu arada Ə.Kərimlinin Almaniya nasistlərinin fəallarından olan Bundenstaqının AŞPA-dakı təmsilçisi Frank Şveber haqqında xoş sözlər, tərifli ifadələr səsləndirməsi bu məxluqun mitinq şousuna nasistində dəstəyini istənildiyini göstərir.
Frank Şveber o məxluqdur ki, Azərbaycanın AŞP-da səsvermə hüuqunun məhdudlaşdırılması layihəsini irəli sürmüş və özü təfəkkür də və düşncə də olan “xaç” lıların dəstəyi ilə istəyini reallaşdırmışdır. İndi də öz çirkin əməllərini davam etdirməkdədir. Bu məxluq gah deyir ki, guya Azərbaycanda siyasi məhbuslar var, gah da deyir ki, Qubad İbadoğlunun azad edilməsi müsbətə doğru atılan addımdır. Lakin F.Şveber Azərbaycana qarşı haqsız davranışına görə ölkəmizin vətəndaşlarından üzr istəmir. Çünki o siyasi mədəniyyətə malik deyil. Həm də faşistlər də insanlıq, humanizm, xeyirxahlıq olmur. Tarix bunu dəfələrlə sübut edib. F.Şveberin lideri A.Hitlerin dünya xalqlarına yaşatdığı faciələri heç bir xalq unutmayır və bəşəriyyət durduqca unudulmayacaq. Belə bir nasistlə Ə.Kərimlinin əməkdaşlıq etməsi, onun Azərbaycanla bağlı şər və böhtanlarına haq qazandırması yalnız və yalnız ittihama və tənəyə layiqdir.

İLHAM ƏLİYEV

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla