AZ

Ödəniş kartlarının artması nağdsızödənişlərin həcminə müsbət təsir göstərib

Bu ilin mart ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 78 min ədəd artaraq 17 milyon 421 min ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 22,3 faiz artıb.

Mərkəzi Bankın hesabatına əsasən, ödəniş kartlarında artım debet kartları üzrə 22,8 faiz, kredit kartları üzrə isə 18,9 faiz təşkil edib. Ödəniş kartlarının artması nağdsızödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə artıb.

2024-cü ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 5697 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 4737 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 952 mln. manatı POS-terminallar, 8 mln. manatı isə özünəxidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 61,7 faizini təşkil edib.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla