AZ

Dilan Polat ağladı, əri ittihamları rədd etdi - Məhkəmədə yaşananlar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polat və digərlərinin məhkəməsi baş tutub.

Axşam.az xəbər verir ki, məhkəməyə gətirilən Dilan salona daxil olarkən Engini görüb və ağlayıb. Salonda onlar əl-ələ tutub. Lakin onlar hakimin etirazı ilə ayrılıb. Dilan salonda qızı Nildaya onu çox sevdiyini söyləyib. Hakim onların bir-birinə toxunmalarını qadağan edib.

Dilan ifadəsində təqsirləndirilən digər şəxsləri tanımadığını bildirib.

O, ifadəsində "Gürcüstanla heç bir əlaqəmiz yoxdur. "Daltonlar" adlı banda qrup məni və həyat yoldaşımı təhdid edib. Bununla bağlı mesajlar da var" deyə, bildirib. Dilan Banu Parlakın iş yerinin atəşə tutulması ilə bağlı heç bir əlaqələrinin olmadığını əlavə edib.

Engin isə ifadəsində onun ələyehinə şahidlik edən Halil İbrahim Kalkanı yalan danışmaqda ittiham edib. O, haqqında səsləndirilən çirkli pulların yuyulmasında iştirak etməsi ilə bağlı ittihamları rədd edib. "Bunların yalan olduğunu növbəti günlərdə görəcəyik" deyə, o, söyləyib.

Həmçinin Dilan aylıq gəlirinin 200 min lirə olduğunu açıqlayıb.

Banu isə ifadəsində "Dilan öz gözəllik mərkəzini açmazdan əvvəl tez-tez görüşürdük. Salonum atəşə tutmazdan 1 həftə əvvəl məndən yardım istədi. Daha sonra xəbərlərdə həyati təhlükəsinin olduğunu və bundan bizi məsul tutduğunu eşitdim. O vaxta qədər heç bir problemimiz yox idi" sözlərini deyib.

Dilan, Engin və Sezgin Polatın birdən çox şəxslə birlikdə silahla hədələmə və əmlaka ziyan vurma cinayətlərinə görə ayrı-ayrılıqda 2 il 4 aydan 8 ilə qədər azadlıqdan məhrum etmələri istənilib.

Məhkəmə cütlüyün həbsxanada qalaraq işlərinin araşdırılmasına dair qərar verib.

Xatırladaq ki, bir müddət öncə Dilanla Enginin əmlakları müsadirə olunaraq ölkədən çıxışına qadağa qoyulmuşdu. Bundan əlavə, onların birinci və ikincidərəcəli qohumlarının da əmlakı müsadirə edilmişdi. Eyni zamanda, bir çox gözəllik mərkəzi olan Dilan və Enginin vergi borcları olduğu bildirilir. Cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, çirkli pulların yuyulması və vergi qanunlarını pozmaq cinayətləri ilə barələrində həbs qərarı çıxarılan Dilan və Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.

Dilan Polatın bacısı Sıla Doğu, Engin Polatın qardaşı Kürşat Polat, mühasib Beyza Ekici, maliyyə işlər məmuru Ahmet Gün də saxlanılanlar arasındadır.


BiG.Az
Seçilən
51
Mənbələr
Şərh ()
Bağla