AZ

“Xavi qalır, o, burada xoşbəxtdir” – “Barselona”nın vitse-prezidenti


“Barselona” klubunun vitse-prezidenti Rafa Yuste ispaniyalı Xavi Hernandezin Kataloniya klubunda qalacağını bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fabritsio Romano öz “X” sosila şəbəkə hesabında məlumat yayıb.  
“Xavi qalır, o, “Barselona”da xoşbəxtdir. Klub digər klublarla danışıqlar aparmayıb. Deku (klubun idman direktorudur) ona tam etibar edir. Qərar artıq təsdiqlənib”, - deyə Yuste bildirib.
Yuste həmçinin, Xavinin 2025-ci ilə qədər “Barselona”da qalmağa hazır olduğunu bildirib.
Qeyd edək ki, Xavi daha əvvəl iyunun 30-da klubu tərk edəcəyini açıqlamışdı.
Seçilən
34
Mənbələr
Şərh ()
Bağla