AZ

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Liseylərin

Bakı, 25 aprel, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 3-də və 10-da keçirdiyi buraxılış imtahanlarının nəticələrinə dair bəzi static məlumatları təqdim edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, həmin imtahanlarda 100 min 249 şagird (peşə məktəbləri və hərbi liseylər istisna olmaqla) iştirak edib. İmtahanlarda şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunub və şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla cəmi 300 baldır.

Buraxılış imtahanında iştirak edən orta statistic göstəriciyə əsasən, şagird tədris dili fənni üzrə 55.53, riyaziyyat fənni üzrə 34.11, xarici dil fənni üzrə 42.72 bal toplayıb və ümumi balı 132.10-a bərabər olub. Əvvəlki illərlə müqayisədə hər üç fənn, xüsusilə tədris dilli fənni üzrə nəticələrin daha da yaxşılaşdığını müşahidə etmək olar.

İmtahanda ən yüksək nəticəni Elm və Təhsil Nazirliyi tabeli liseylərin və özəl liseylərin şagirdləri (orta bal 205.96) əldə ediblər. Bölgələr arasında ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayonunun məktəblərinin şagirdləri qazanıblar (müvafiq olaraq 163.22, 157.52, 157.25 bal).

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla