AZ

“Rusiyada kadr çatışmazlığı yaşanacaq” – Putindən AÇIQLAMA

“Yaxın illərdə Rusiyada sərt miqrasiya siyasəti səbəbindən kadr çatışmazlığı yaşanmayacaq”.

KONKRET.az xəbər verir ki. bu sözləri Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında Rusiya lideri Vladimir Putin deyib.

“Mütəxəssislərin fikrincə, yaxın illərdə Rusiyada kadr və ixtisas çatışmazlığı yaşanacaq”, – dövlət başçısı vurğulayıb.

Putin deyib ki, bu məsələnin həlli üçün başqa yanaşmalar axtarmaq lazımdır, çünki əmək miqrasiyası və başqa ölkələrdən ölkəyə qeyri-ixtisaslı işçi qüvvəsinin gətirilməsi dövləti kadr çatışmazlığından xilas etmək iqtidarında deyil.

Vladimir Putin, həmçinin, əlavə edib ki, Rusiyada işsizlik üç faizdən aşağı həddə qalacaq. Prezident həmçinin orta aylıq əmək haqqının illik ifadədə 8,5 faiz artdığını açıqlayıb.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla