AZ

Dünyada iqlim böhranı başlayır

Dünyada

Dünyada başlayan iqlim böhranı Avropanın bəzi ölkələri ilə yanaşı Filippində də özünü göstərir. Filippində ilin əvvəlindən bəri davam edən həddindən artıq istilər 6 nəfərin ölümünə səbəb olub.

Reyting.az
xəbər verir ki, Filippin Səhiyyə Departamentinin (DOH) məlumatına görə, 1 yanvar-18 aprel aralığında 34 nəfərin həddindən artıq istilərlə bağlı səhhətində problem yaranıb və 6 nəfər həyatını itirib.

DOH-nin Müşahidə və Cavab Sistemində 34 hadisə ölkənin Visayas, İlokos və Soccsksargen bölgələrindən qeydə alınıb.

Həddindən artıq istilər Filippində həyata mənfi təsir edib. 11 bölgədə 42 dərəcəni keçən temperaturun insan sağlamlığı üçün təhlükə yaratdığı bildirilir. Bir çox məktəblərdə dərslər dayandırılsa da, səlahiyyətlilər həddindən artıq istilərin gələn aya qədər davam edəcəyi barədə xəbərdarlıq edib.

V. QULİYEV
Seçilən
40
Mənbələr
Şərh ()
Bağla