AZ

Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO

Yeni salınmış evlər, yeni çəkilmiş qaz xətləri və yeni quraşdırılmış qaz sayğacları. Bura Masallı rayonu, Şərəfə kəndinin 50 evdən ibarət elə özü də yeni salınan yaşayış massividir. Kənd sakinlərini bir araya gətirən səbəb də massivdə qeydə alınan yeniliyi - təbii qazın verilişini qeyd etməkdir. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı, SOCAR-ın “Azəriqaz” İB-nin məsul şəxsləri və kənd sakinləri iştirak ediblər. Bildirilib ki, Şərəfə kəndinin yeni yaşayış massivinin qazlaşdırılması üçün müxtəlif diametrli polad və polietilen borulardan istifadə olunub. Bununla da  abonentlərin mavi yanacağa əlçatanlığı təmin edilib. Daha sonra sakinlər təbii qazla bağlı müraciətlərinin qısa zamanda həllini müsbət qiymətləndirərək ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.
 
Ətraflı video materialda: 

 

Seçilən
15
3
Mənbələr
Şərh ()
Bağla