AZ

ABŞ-da Binance-in qurucusu üçün 3 il həbs cəzası istəndi


ABŞ-da (ABŞ) prokurorluq dünyanın ən böyük kriptovalyuta birjası olan Binance-nin qurucusu və keçmiş baş direktoru Çanqpenq Zhaonun çirkli pulların yuyulmasını etiraf etməsindən sonra üç il həbs cəzası istəyib.

7NEWS.az xəbər verir ki, ABŞ qanunlarına görə, Zhao 18 aya qədər həbs cəzası ala bilər. Prokurorluq "qəsdən pozuntulara” görə bundan iki dəfə çox həbs cəzası istəyir. Keçən noyabrda kriptovalyuta sənayesinin ən güclü simalarından biri olan 47 yaşlı Zhao çirkli pulların yuyulmasına qarşı tələblərə əməl etmədiyini etiraf etdi və sonra Binance-in baş icraçı direktoru vəzifəsindən istefa verdi. Bu etirafdan sonra Binance 4,32 milyard dollar cərimə ödəməyə razı oldu.

7NEWS.az
Seçilən
6
Mənbələr
Şərh ()
Bağla