AZ

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir. 


Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malyariyadan azad ölkələr sırasına qoşulub. 


Malyareya ölümcül qlobal xəstəliklərdən biridir. Xüsusilə Afrika qitəsində geniş yayılıb. Bu xəstəlik dişi ağcaqanadlar vasitəsilə yayılır. Ağcaqanadlar insan bədəninə malyariya parazitlərini salaraq, onların çoxalmasına, sonra isə orqanizmin zəhərlənməsinə səbəb olurlar. 


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, 2022-ci ildə dünyada 249 milyon malyariya hadisəsi aşkar edilib və 608 min insan xəstəlik səbəbindən dünyasını dəyişib. Xəstəliyə ən həssas qrup olan 5 yaşa qədər uşaqlar dünya üzrə malyariyadan ölənlərin 76 faizini təşkil edir. 


Dünya üzrə malyariya xəstəliyinin 94 faizi Afrikada yayılıb. 2022-ci ildə qitədə 233 milyon insana malyariya diaqnozu qoyulub. Dünya üzrə bu halların 50 faizindən çoxu Nigeriyada, Konqo Demokratik Respublikasında qeydə alınıb. 


ÜST-nin məlumatına əsasən, 2015-ci ildən Avropada malyariya xəstəliyi aşkarlanmayıb. 2023-cü ildən isə Azərbaycan, Tacikistan və Mərkəzi Amerika ölkəsi olan malyariyadan azad ölkələr siyahısına daxil edilib. 


Vasif

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla