AZ

Rusiya bu səbəbdən Türkiyəyə nota göndərdi

Rusiyanın Ankaradakı səfirliyi Türk Hava Yollarının Rusiya vətəndaşlarını Türkiyə üzərindən Latın Amerikası ölkələrinə daşımaqdan tez-tez imtina etməsi ilə bağlı Türkiyə XİN-ə nota göndərib.

News24.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Səfirliyin Türkiyə Xarici İşlər Nazirliyinə göndərdiyi nota, Türkiyə tərəfinin də təsdiq etdiyi nota diqqətlə araşdırılır. Bu məsələ Türkiyə ilə, o cümlədən aprelin 19-da keçirilən turistlərin təhlükəsizliyi və hüquqlarının müdafiəsi üzrə Rusiya-Türkiyə alt qrupunun görüşü zamanı qaldırılıb. Rusiyanın İstanbuldakı Baş Konsulluğundan verilən məlumata görə, Türk Hava Yollarının ruslar üçün reyslərə minməkdən imtina etməsi ilk növbədə bu ölkələrin ərazilərinə giriş üçün tətbiq etdiyi qaydalarla bağlıdır” deyə Zaxarova izah edib.

Mehriban Mirzəzadə



Seçilən
19
Mənbələr
Şərh ()
Bağla