AZ

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Avropa

Tbilisi, 25 aprel, AZƏRTAC

Avropa Parlamenti (AP) Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının parlamentə təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı qətnamə qəbul edib.

AZƏRTAC xəbər verir ki, AP-nin 425 deputatı qətnamənin lehinə, 25-i əleyhinə səs verib, 30 deputat isə bitərəf qalıb.

Gürcüstan mediası vurğulayır ki, “Xarici təsirin şəffaflığı” haqqında qanun layihəsi Avropa İttifaqının dəyərlərinə və demokratik prinsiplərinə ziddir. Eyni zamanda, Gürcüstanın Aİ-yə üzvlük ambisiyalarına zidd olan qanun layihəsi onun beynəlxalq reputasiyasına xələl gətirir və ölkənin Avro-Atlantik məkana inteqrasiya istəklərini təhdid edir.

KİV-in məlumatına görə, Avropa Parlamentinin qəbul etdiyi qətnamədə bu və digər məsələlərlə yanaşı, Gürcüstanla vizasız səyahət rejiminə yenidən baxılması və Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiq edilməsi tələbi də yer alır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Seçilən
24
50
Mənbələr
Şərh ()
Bağla