AZ

"Avroviziya 2024"ün səhnəsi belə OLACAQ - FOTOlar

İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya 2024"ün keçiriləcəyi məkanda artıq səhnə qurulub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, səhnənin görüntüləri yayılıb. Səhnə dekorunda LED kublar, LED döşəmələr, yüksək təsirli işıqlandırma, video və səhnə texnologiyası əks olunub.

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb. Azərbaycanı Fahree və İlkin Dövlətov "Özünlə apar" mahnısı ilə təmsil edəcək.

Ölkəmiz birinci yarımfinalda Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova ilə yarışacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
21
5
Mənbələr
Şərh ()
Bağla