AZ

Avropa çempionatı: Azərbaycanlı cüdoçu finalda

Bu gün Xorvatiyanın Zaqreb şəhərində böyüklər arasında cüdo üzrə Avropa çempionatı start götürüb.

Futbolpress.az xəbər verir ki, ilk yarış günü Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayıb.

Mübarizəyə qoşulan cüdoçulardan yalnız Balabəy Ağayev (60 kq) finala yüksəlməyi bacarıb. O, həlledici matçda  Fransisko Qarriqosla (İspaniya) üz-üzə gələcək.

60 kq-dakı digər təmsilçimiz Turan Bayramov üçüncü yer uğrunda Salih Yıldızla (Türkiyə) qarşılaşacaq.

Aydan Vəliyeva (52 kq) də bürünc medal görüşündə qüvvəsini sınayacaq. 
Seçilən
25
Mənbələr
Şərh ()
Bağla