AZ

Bloomberg: Rusiyanın aktivlərinin müsadirəsi kütləvi de-dollarizasiyaya səbəb ola bilər

Rusiya Federasiyasının dondurulmuş aktivlərinə həbs qoyulması investorların Amerika valyutasına inamını sarsıda və dünya iqtisadiyyatının de-dollarizasiyasına səbəb ola bilər. 

Valyuta.az xəbər verir ki, bu fikri Bloomberg agentliyi bildirib.

“Birləşmiş Ştatların öz milli valyutasını dollar ehtiyatlarını ələ keçirmək üçün silaha çevirməsi, şübhəsiz ki, rəqiblərini de-dollarizasiya haqqında düşünməyə məcbur edəcək”, - Agentlik Beynəlxalq Valyuta Fondunun keçmiş əməkdaşı və Kornel şirkətinin eksperti Esvar Prasaddan sitat gətirir. Eyni zamanda, hazırda alternativ ehtiyat valyutanın olmaması səbəbindən dolların geniş istifadəsindən imtina prosesi “məhdudlaşacaq”.

Rusiya prezidenti Vladimir Putin fevral ayında amerikalı jurnalist Taker Karlsonla müsahibəsi zamanı ABŞ-ın Rusiya ilə dollar ödənişlərini məhdudlaşdırmaq qərarını “tamamilə cəfəngiyyat” adlandırıb və bununla ABŞ-ın iqtisadiyyatına zərbə vurduğunu qeyd edib. Putin həmçinin bildirib ki, hazırda Rusiyanın beynəlxalq ödənişlərində rublun payı 34% təşkil edir, yuanın payı isə təxminən 3%-dən 34%-ə qədər artıb. O əlavə edib ki, digər ölkələr, o cümlədən neft istehsalçıları artıq yuandan istifadə etməyə başlayıblar.

Nicat

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla