AZ

"Qarabağ" üçün xoş olmayan TANIŞ MƏNZƏRƏ

"Sumqayıt" Premyer Liqanın 32-ci turunda "Qarabağ"ı qəbul edəcək.

"Kimyaçılar" çempionluğunu sona 8 həftə qalmış təmin edən rəqibi önünə baş məşqçisiz çıxmalı olacaq.

Buna səbəb Samir Abasovun hazırda İspaniyada təcrübə keçməsidir.

Çalışdırıcı dünya nəhəngi "Barselona"nın düşərgəsinə yollanıb.

Abasovlu "Sumqayıt" üçün belə hal ilk deyil.

Oxşar vəziyyət 7 il əvvəl yaşanmış və "Qarabağ"ın ziyanına bitmişdir.

Söhbət 2017-ci ildə baş tutan analoji haldan gedir.

Həmin ilin dekabr ayında Samir Abasov digər İspaniya nəhəngi "Atletiko"nun düşərgəsinə yollanmışdı.

O ərəfədə "Gənclik şəhəri" təmsilçisi Ölkə Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "atlılar" önünə Abasovun köməkçisi Seymur Rəhimovla çıxmalı olmuşdu.

Və fors major hal meydan sahiblərinə düşərli olmuşdu.

Səfərdə 1:2 uduzan "Sumqayıt"da Kamal Mirzəyevlə Amil Yunanovun vurduğu qollar Ağdam təmsilçisinin yarışda mübarizəni erkən dayandırmasına səbəb olmuşdu.

"Sumqayıt" 7 il sonra Samir Abasovun köməkçiləri ilə bu dəfə Premyer Liqada "Qarabağ"ın önünə çıxacaq. Mənzərə oxşardır, görək, nəticə necə olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla