AZ

“İkinci olmaq üçüncü olmaqdan daha yaxşıdır”

Karlos Alkaras Madrid “Masters”ində debütündən əvvəl zədəsi haqqında məlumat verib.

“Məşqdən sonra əlimi daha yaxşı hiss edirəm və anlayıram. Artıq sparrinqlə oyunum da olub. Tədricən intensivliyi artırıram. Son məşq çox pozitiv keçdi və məni sevindirdi.

Forhenddən zərbələri bir qədər ehtiyatla endirirəm. Məşqçim özümü rahat hiss etməmi tələb edir.

O ki qaldı reytinqdə yerimə, əlbəttə ki, ikinci olmaq üçüncü olmaqdan daha yaxşıdır. Bu həm sponsorlar , həm də imc baxımından faydalıdır. Amma birinci yerdən başqa mövqe idman baxımından anlamını itirir”, – deyə ispan tennisçi mətbuat konfransında jurnalistlərin suallarını cavablayarkən qeyd edib.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla