AZ

Yük avtomobillərinə tətbiq edilən qərar Bərdədə bir qrup sürücünü narazı salıbVİDEO

Bərdədə bir qrup sürücü Nazirlər Kabinetinin yük daşımalarla bağlı qərarının avtomobillərin standartına görə tətbiq edilməsini tələb edir.

Xezerxeber.az xəbər verir ki, onların sözlərinə görə, istifadə etdikləri maşınlar daha çox yük aparma qabiliyyətinə malikdir.

Qərar isə buna icazə vermir.

Sürücülər  bildirir ki, müəyyən olunmuş yükü belə maşınlarda aparmaq onlara sərf eləmir. Xərcləri borclarını ödəmir.

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən “Xəzər Xəbər”ə bildirilib ki, nəqliyyat vasitəsinin icazə verilən yüklə birlikdə ümumi çəkisi  ikioxlu yük avtomobilləri üçün 18 ton, üçoxlu yük avtomobili üçün 25 ton müəyyən edilib.

Avtomobil yollarına və yol qurğularına ziyan vurulmaması üçün nəqliyyat vasitəsinin icazə verilən qabaritləri, ümumi çəkisi, eləcə də oxa düşən yükün icazə verilən çəkisi müəyyən edilmiş hədləri aşmamalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
16
1
Mənbələr
Şərh ()
Bağla