AZ

Klub sahibi: “Açığı, son vaxtlar verilən bu suallar məni narahat edir”

“Son vaxtlar avrokuboklarla bağlı çox suallar eşidirəm. Açığı, bu, məni narahat edir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib.

Bir ildən artıqdır qərb klubunu öz himayəsinə götürən iş adamı gələcəklə bağlı mühüm planlarının olduğunu bildirib:

“Gəlin, görülən və görüləcək işlərdən, klubun inkişaf planından danışaq. Bizim məqsədlərimiz yalnız bu illə məhdudlaşmır.

Klubu mərhələ-mərhələ irəli aparmaq istəyirik. Bütün bu proseslər bir neçə il çəkə bilər.

Mən bir gün “Turan”ı avrokuboklarda görmək istəyirəm. Ümid edirəm ki, qarşımıza qoyduğumuz məqsədlərə çatacağıq”.

“Turan” 31 tura 42 xal əldə edib. Yeddinci pillədə “lövbər salan” tovuzluların 6-cı sıradakı “Səbail”lə xalları eynidir.

Komanda sona 5 tur qalmış Konfrans Liqasına vəsiqə qazanmaq şansını özündə saxlamaqdadır.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla