AZ

“Putin bizdən qorxmalıdır” – Polşa XİN başçısı

“Rusiya prezidenti Vladimir Putin NATO ilə müharibədən qorxmalıdır, çünki bu, Rusiyanın məğlubiyyəti ilə nəticələnəcək”.

KONKRET.az “Politico”ya istinadən xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

O, fikrini Rusiyanın hərbi potensialının Qərblə müqayisədə xeyli zəifləməsi ilə əsaslandırıb:

“NATO-nun üç dəfə çox əsgəri və dörd dəfə çox gəmisi var. Putinin yeganə şansı bizim hərbi münaqişəyə başlamaq istəyimizin olmamasıdır”, – deyə Radoslav Sikorski əlavə edib.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla