AZ

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Serbiya Respublikasının baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər ikitərəfli əməkdaşlıq və gündəliklə duran məsələlərə dair fikir mübadiləsi aparıblar.

Nazirlər həmçinin regional məsələləri müzakirə ediblər. Mirzoyan Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinin, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasının, o cümlədən delimitasiya prosesində ərazi bütövlüyü prinsipinə qeyd-şərtsiz riayət edilməsinin və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyin vacibliyini vurğulayıb.

Seçilən
35
3
Mənbələr
Şərh ()
Bağla