AZ

Cəlilabadda yol qəzasında xəsarət alanların kimliyi məlum olub

Cəlilabad rayonunda yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

"Report"un məlumatına görə, onlar Cəlilabad rayon sakinləri Asif Bayramov və onun qızı Mərcan Bayramovadır.

M.Bayramovanın vəziyyəti ağır olduğu üçün o, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla