AZ

"Ramco CJSC" işçilər axtarır - MAAŞ 1463-1674-1940 MANAT - VAKANSİYALAR

Ramco CJSC

SƏTƏM Mühəndisi (Şuşa, Daşaltı)

 Son tarix 25 may 2024 [email protected]

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Sahə üzrə minimum 3 illik iş təcrübəsi olmalı;
  • SƏTƏM üzrə müvafiq sertifikatlar üstünlükdür;
  • Məsuliyyətli olmalı, komandada və stressli vəziyyətdə işləməyi və təşkilatçılıq etməyi bacarmalı.

Vəzifə öhdəlikləri:  

  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyə nəzarət edilməsi;
  • İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısının alınması üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsi;
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak edilməsi və təkliflərin verilməsi;
  • Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak edilməsi, uyğunsuzluqlarla bağlı tədbirlər planı hazırlayaraq uyğun vəziyyətə gətirilməsinin təşkili;
  • Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində və tətbiqində iştirak edilməsi;
  • İşə götürülənlərlə giriş təlimatının aparılması və işçilərə əməyin mühafizəsi ilə bağlı mütəmadi və planlı təlimlərin verilməsi, işçilərin təlim sonrası bilgi səviyyəsinin yoxlanılması və meydana çıxan məlumatsızlıq olarsa aradan qaldırılmasına köməklik edilməsi;
  • Müvafiq peşələri icra edən işçilərin qanunvericiliyin tələbi üzrə sertifikatlaşmasının təmin edilməsi;
  • Qulluqçuların, mühəndislərin və texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak edilməsi, bilgi səviyyəsinin yüksəldilməsinə dair planlı işlər görülməsi;
  • Bütün xidmət sahələri və SƏTƏM üzrə təlimatların işlənib hazırlanmasının təmin edilməsi və tətbiqində yaxından iştirak edilməsi;
  • İstehsalatda bədbəxt hadisələrin baş verməməsi üçün önləyici tədbirlər və təlimlərin həyata keçirilməsi;
  • Xəsarətlər və hadisələr zamanı onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi;
  • İşçilərin tibbi müayinədən keçirilmə perioduna nəzarət edilməsi və periodik tibbi müayinəyə yönləndirilməsinin təmin edilməsi;
  • Müəssisədə mövcud İSO standartlarına uyğun forma və qaydalarla statistik hesabatların hazırlanmasının təmin edilməsi və standartın tələbinə uyğun işin qurulmasının təmin edilməsi;
  • Müəssisədə qida terroruna (food defence) qarşı tədbirlər planın hazırlanması və risklərə qarşı önləyici tədbirlərin tətbiqi;
  • Sağlam və təhlükəsiz iş şəraitinin yaradılması üçün qanunvericiliyin tələblərinə uyğun bütün zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməsi;
  • Əməyin təhlükəsizliyi üçün qanunvericiliyin normaları və qaydalarına uyğun təlim planının hazırlanması və tətbiq edilməsinin həyata keçirilməsi;
  • Səs-küy səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, temperatur, nəmişlik və başqa istehsal faktorlarının ölçülməsi və normaya uyğunluğunun periodik təyin edilməsinin icrası;
  • Müəssisədə əməyin təhlükəsizliyi üçün ayrılmış vəsaitin düzgün və zəruri istiqamətlərdə xərclənməsi məqsədli plan və təkliflərin hazırlanaraq təqdim edilməsinin həyata keçirilməsi

İş şərtlərimiz:

  • Əmək haqqı: 1463-1674 AZN;  
  • İş qrafiki : 6 günlük;
  • İş saatları: 09:00-18:00;   
  • Ünvan: Şuşa, Daşaltı.      

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “SƏTƏM Mühəndisi (Şuşa, Daşaltı)” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən  namizədlərlə əlaqə saxlanılacaqdır.      

 

Tender üzrə Mütəxəssis

 Son tarix 25 may 2024  [email protected]

Namizədə olan tələblər:   

  • Ali təhsil;
  • Azərbaycan dili səlis, rus və ingilis dillərini orta səviyyədə bilməli;
  • Tender sahəsində 3-4 ildən artıq iş təcrübəsi olmalı;
  • Microsoft Ofis proqramlarını (Word, Excel) yaxşı səviyyədə bilməli

Vəzifə öhdəlikləri:  

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
  • Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması;
  • Tender prosesində şirkətin təmsil olunması;
  • Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması;
  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Elan üzrə ilkin araşdırmanın aparılması və rəhbərliyin məlumatlandırılması;
  • Tenderin Əsas Şərtlər Toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi və bunun nəticəsi olaraq baxılan tenderdə şirkətin iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyin məlumatlandırılması;
  • Tender sənədlərinin əldə olunması üçün müvafiq işlərin görülməsi;
  • Tender prosesi ilə bağlı yazışmaların və danışıqların aparılması;
  • İştirakçılara qoyulmuş tələblər nəzərə alınmaqla müvafiq sənədlərin hazırlanması və tələb olunan müddət ərzində Sifarişçiyə göndərilməsi;
  • Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi

İş şərtlərimiz:

  • Əmək haqqı: 1674-1940 AZN;  
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;   
  • Ünvan: Yasamal ray., Mətbuat pros., Mirəli Seyidov küçəsi 28\30 (21 nömrəli məktəbin yaxınlığı).      

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Tender üzrə Mütəxəssis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən  namizədlərlə əlaqə saxlanılacaqdır.  

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla