AZ

Baxımlı qola təəccüblü reaksiya göstərdi, səbəbini bu cür AÇIQLADI

"Sumqayıt"ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə Premyer Liqanın 31-ci turunda "Turan Tovuz"u məğlub etdikləri (4:1) matç haqda Sportinfo.az-a açıqlama verib.

O, qarşılaşmanın nəticəsindən danışıb:

"Oyunun nə qədər vacib olduğunu yaxşı dərk edirdik. Başa düşürdük ki, ağır səfərdə meydana qələbə üçün çıxmışıq. Şükürlər olsun ki, sonda istəyimizə çatdıq".

Müsahib vurduğu baxımlı qolu sakit qeyd etməsini isə belə əsaslandırıb:

"Qol vurduğum üçün xoşbəxtəm. Uzun müddət idi fərqlənə bilmirdim.

Bu, mənim üçün yaxşı oldu. İnşallah, gələn oyunlarda da qollarımın davamı gələr.

Sevinməməyimə xüsusi səbəb yox idi. Sadəcə, o an qolu sakit qeyd etmək istədim".

XANOĞLAN

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla