AZ

Musa Qurbanlının komandası yenə uduzdu

style='margin-bottom:10px;'>

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" İsveç çempionatında 5-ci tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda öz meydanında “Malmö”nü qəbul edib.

Son 2 matçda olduğu kimi, bu dəfə də Musanın adı görüşün iştirak ərizəsinə daxil edilməyib. 

Qurbanlının yoxluğunda komandası ardıcıl ikinci dəfə uduzub. 

"Yurqorden" - "Malmö" - 0:1
Qol:
Erik Botheim, 90+4
Qırmızı vərəqə: Tokmac Nquen, 83 ("Yurqorden")

"Yurqorden" hazırda turnir cədvəlində 7 xalla 7-ci pillədə qərarlaşıb. “Malmö” isə 15 xalla vahid liderdir. 

 

Seçilən
97
3
Mənbələr
Şərh ()
Bağla