AZ

Kaladze: “Avropa Parlamentinin qətnaməsi tullantı kağızından başqa bir şey deyil”

Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası Avropa Parlamentinin Gürcüstan hakimiyyətinin hərəkətlərini tənqid edən qətnaməsini biabırçı kağız israfı hesab edir.

KONKRET.az xəbər verir ki, bunu partiyanın baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.

“Bu tullantı kağızı dəstəkləyən deputatlar bir daha Avropaya inteqrasiyaya və azadlıq, bərabərlik, şəffaflıq və həqiqətə əsaslanan Avropa ideyasına ağır təhqirlər etdilər”, – deyən Kaladze Avropa İttifaqı ilə vizasız rejimə yenidən baxılması ilə bağlı təhdidlərə münasibət bildirib. O, sənəddəki bu cür ifadələri “absurd rekord” adlandırıb. Onun fikrincə, bu, Gürcüstan cəmiyyətində ajiotaj yaratmaq və etiraz əhval-ruhiyyəsini gücləndirmək məqsədi ilə edilib.

Qeyd edək ki, Avropa Parlamenti qətnamədə Avropa İttifaqını Gürcüstanın hakim partiyasının yaradıcısı Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etməyə, xarici agentlər haqqında qanun layihəsi geri götürülənə qədər Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamamağa çağırıb. Eləcə də eks-prezident Mixail Saakaşvilinin həbsdən çıxarılması və ölkədəki vizasız rejimin nəzərdən keçirilməsi tələb edilib.

Xatırladaq ki, bundan əvvəl hakim partiyanın sədri İrakli Kobaxidze ölkənin Ukrayna və Moldovadan əvvəl Aİ-yə daxil olacağını proqnozlaşdırmışdı. Onun sözlərinə görə, şəraitdən asılı olmayaraq ölkə Avropa İttifaqına üzv olacaq.

Rəsmiyyə Şərifiova,

KONKRET.az

Seçilən
97
50
Mənbələr
Şərh ()
Bağla