AZ

Rusiya Kambocadan istədiyi cavabı ALA BİLMƏDİ

“Kamboca hələ BRİKS-ə qoşulmaq üçün ərizə təqdim etməyib, həmçinin krallığın qrupa qoşulma planları və ya orada iştirak formatı barədə məlumatımız yoxdur”.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, krallığın Rusiyadakı diplomatik missiyası belə bir açıqlama ilə çıxış edib.

Səfirlik qeyd edib ki, ölkə rəhbərliyi demokratik çoxqütblü dünyanın formalaşmasını dəstəkləyir. Eləcə də qlobal təhlükəsizlik və sabitlik möhkəmləndirilməli, beynəlxalq hüququn prinsiplərinə riayət olunmalıdır.

“Ölkələrimizin gələcək dünya düzəninə baxışlarının oxşarlığını nəzərə alaraq, Rusiyanın sədrliyi dövründə biz tərəfdaşlarla, o cümlədən BRİKS+ çərçivəsində müsbət və yaradıcı əməkdaşlıq qurmağa hazırıq”, – deyə diplomatik missiya vurğulayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
101
Mənbələr
Şərh ()
Bağla