AZ

Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib

Vyetnamlı qadın müntəzəm olaraq südlü şirin çay içib və böyrəklərini itirmək təhlükəsi ilə üzləşib.
 
Ho Çi Minh şəhərindən olan 28 yaşlı qız orta məktəb illərindən bəri hər gün küçələrdə satılan süd və tapioka ilə iki-üç stəkan çay içirmiş. Vyetnamlı qadın tez-tez nahar və ya şam yeməyini atlayır və onu sevimli şirin içki ilə əvəz edirdi.
 
Bir il əvvəl qızda qəfil şişkinlik, nəfəs darlığı yaranıb və həkimə gedib. Həkimlər dərhal xəstənin böyrəklərində problem olduğunu ehtimal ediblər. 
 
Xəstə müayinə olunub və yüksək qan təzyiqi və anemiya ilə müşayiət olunan son mərhələdə xroniki böyrək çatışmazlığı diaqnozu qoyulub.(E-saglam.az)
Seçilən
119
Mənbələr
Şərh ()
Bağla