AZ

Çin xarici işlər naziri: “Birləşmiş Ştatlar qırmızı xətti keçməməlidir”

“Birləşmiş Ştatlar Çinin suverenliyi və təhlükəsizliyi ilə bağlı qırmızı xətləri pozmamalıdır”.

KONKRET.az xəbər verir ki, bunu Pekində ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündə Çinin xarici işlər naziri Vanq İ deyib.

Çin Mərkəzi Televiziyası Vang Yi-dən sitat gətirib: “Birləşmiş Ştatlar Çinin daxili işlərinə qarışmamalı, Çinin inkişafını boğmamalı və Çinin suverenliyi, təhlükəsizliyi və inkişaf maraqlarından söhbət gedəndə qırmızı xətləri keçməməlidir”.

O vurğulayıb ki, “Çin həmişə Si Cinpin tərəfindən irəli sürülən qarşılıqlı hörmət, dinc yanaşı yaşama və əməkdaşlıq prinsiplərinə sadiq qalıb və Çin-ABŞ münasibətlərinin sabit, sağlam və davamlı inkişafının təşviqinə sadiqdir.

Blinken Çinə işgüzar səfəri çərçivəsində aprelin 24-də Şanxaya gəlib. Amerika diplomatiyasının rəhbəri aprelin 26-dək Çində olacaq. Bu, Blinkenin ABŞ dövlət katibi olduğu müddətdə Çinə ikinci səfəridir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
104
1
Mənbələr
Şərh ()
Bağla