AZ

İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO

"Allah bu cür zülmlərə bais olanları bağışlamayacaq heç vaxt..."
 
“HƏMAS” yaraqlılarının 2023-cü il oktyabrın 7-də İsrailə cəmi 2 minə yaxın yəhudinin həlak olmasıyla nəticələnmiş hücumundan sonra İsrail ordusunun Qəzzaya qarşı son 6 aydan çox müddətdə, demək olar ki, fasiləsiz hücum və bombardmanları davam etdikcə insanlığa əsla sığmayan yeni-yeni vəhşət faktları üzə çıxır.
 
Dünən – aprelin 25-də məlub olub ki, Qəzzada yaralanmış bir yaşlı uşağın üzünə 200 tikiş qoyulub və əli amputasiya edilib.
 
Moderator.az xəbər verir ki, bu haqda “Əl-Cəzirə” məlumat yayıb.
 
İsrail hava qüvvələrinin Qəzzada evlərdən birinə endirdiyi zərbə nəticəsində bir ailənin 10 üzvü həlak olub.  Sağ qalan bir yaşlı Sənad əl-Ərəbi isə ağır xəsarətlər alıb. Həkimlərin müayinəsindən sonra onun üzünə 200 tikiş qoyulması və sol əlinin amputasiyasına ehtiyac olub...
 
Bu barədəki ürək dağlayan video-görüntüləri təqdim edirik...

 

P.S. Allah bu cür zülmlərə bais olanları bağışlamayacaq heç vaxt...
 
S.Laçın
 
Seçilən
109
Mənbələr
Şərh ()
Bağla