AZ

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Keçmiş

Bakı, 26 aprel, AZƏRTAC

"Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur. İllər əvvəl çox ağrılı-acılı günləri yaşamışıq. Allaha şükürlər olsun ki, çətin günlər geridə qaldı."

AZƏRTAC xəbər verir ki, bu sözləri Füzuliyə qayıdan keçmiş məcburi köçkün Gülsadə Sadiqova söyləyib. Ailəsi ilə birlikdə Füzuliyə qayıtdığını vurğulayan keçmiş məcburi köçkün Sumqayıt şəhərində məskunlaşdıqlarını bildirib.

Gülsadə Sadıqova keçmiş xatirələri unutmadığını, doğma el-obalarını görməyi səbirsizliklə gözlədiyini deyib.

"Bu gözəl günləri bizə yaşadan Cənab Prezidentimizə öz minnətdarlığını bildirirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm" - deyə, keçmiş məcburi köçkün vurğulayıb.

Seçilən
92
Mənbələr
Şərh ()
Bağla