AZ

“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...

"Müharibənin tez bitməsi Ukraynadan yox, Rusiya diktatorundan asılıdır..."
 
Rusiya diktatoru Putin müdafiə naziri Sergey Şoyquya zəng vurub qonşu dövlətdən qoşunların çıxarılmasını əmr etsə, Ukraynadakı müharibə çox tez bitə bilər.
 
Moderator.az “TSN”-ə istinadla xəbər verir ki, “RMF24” kanalının yaydığı məlumata görə, bunu Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski söyləyib.
 
Polşa Seyminin deputatlarından birinin Polşanın Rusiya-Ukrayna münaqişəsinin həlli üçün ssenariləri olub-olmaması ilə bağlı sualına o, belə cavab verib: “Bəli, bu, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin Prezident Vladimir Zelenskinin məlum sülh formuluna uyğun olaraq bərpasıdı”...
 
Sikorskinin sözlərinə görə, əgər Putin telefonu götürüb Şoyquya zəng vurub “Ukraynadan qoşunları çıxarırıq” desəydi, müharibə çoxdan bitəcəkdi.
 
“Təəssüf ki, Ukrayna bir telefon zəngi ilə müharibəni bitirə bilməz, bu, böyük fərqdir”, - deyə Polşa baş diplomatı yekunlaşdırıb.
 
S.Laçın
 
Seçilən
56
50
Mənbələr
Şərh ()
Bağla